• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 29.01.2019 10:37

Porsche 911 damsız versiya qazandı

Porsche şirkəti 911 modelinin 911 Cabriolet adlı yeni versiyasını göstərib. Maşın Carrera S və Carrera 4S modifikasiyalarda əlçatan olacaq. Onun indi maqnezium yayları ilə təchiz olunmuş yumşaq damı var. Belədə yüksək sürət zamanı damın şişkinliyinin qarşısı alınır. Damın özü 12 saniyəyə açılıb örtülür. Arxa ötürücülü Porsche 911 Carrera S Cabriolet və tam ötürücülü Carrera 4S 3 litrlik 450 at güclü motorla işləyir. Sürət qutusu kupedə olduğu kimidir: yeni 8 pilləli robotlaşdırılmış. Carrera S ilk “yüzü” 3,9 saniyəyə, Carrera 4S isə 3,8 saniyəyə yığır. Maksimal sürət göstəricisi müvafiq olaraq 306 və 304 km/saatdır.