• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 28.01.2019 19:33

Avtomobillər toqquşdu, xəsarət alanlar var

KepezTV Player

Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. Paytaxt sakini Vəli Dəmirovun idarə etdiyi “Mercedes-Vito” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində həyat yoldaşı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova dünyasını dəyişib. Sürücü və digər sərnişini Qəyyum Həşimov Biləsuvar Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Nizami Gəncəvi prospektində yerləşən Heydər Əliyev parkının qarşısında iki Mercedes markalı avtomobil toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsində olan sərnişinlər - Gəncə şəhər sakinləri 66 yaşlı Vaqif Məcnuni  və 60 yaşlı Fikrət Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Göyçayda isə piyadanı avtomobil vurub. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 9-cu sinif şagirdi, 14 yaşlı Nəzrin Həsənli yolu keçmək istəyərkən rayon sakini Fərid Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə onu vurub. Nəzrin Həsənli müxtəlif dərəcəli bədən xəsarətləri aldığından dərhal Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib. Vəziyyəti stabildir. Faktlarla bağlı araşdırmalar aparılır.