• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 28.01.2019 14:18

Gəncədə təhlükə yaradan qurumuş ağaclarrın kəsilərək götürülməsi davam etdirilir

KepezTV Player

Şəhər yaşıllaşdırma idarəsi vətəndaşların müraciəti əsasında, evlərin və binaların qarşısında olan çoxillik, inkişaf dövrünü başa vuran ağacları zərərsizləşldirirlər. Ötən il ümumilikdə idarəyə 140 belə müraciət daxil olub ki, bununda 130-u icra olunub. Yanvar ayı ərzində aparılan reydlər zamanı şəhərin müxtəlif ərazilərində 67 qəzalı ağac aşakar olunub. Hər an aşa biləcək bu ağacların növbəti ayın sonuna kimi kəsilərək götürülməsi nəzərdə tutulur.

Rizvan Quliyev - Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Təhlükəli ağaclar əsasən qovaq cinsli ağaclardı. Bunlar əsas təhlükə yaradan ağaclardı. Bundan başqa şeytan ağacıdı ki bunların götürülməsi birinci növbədə həyata keçirilir. Çoxmərtəbəli binaların qarşısındakı ağaclarla bağlı mənzil istismar sahələrinin hər biri şəhər ekologiya idarəsinə müraciət edib. Bu gündən etibarən biz həmin ərazilərə baxış keçirib, həmin binalarda yaşayanlara təhlükə törədən ağacların zərərsizləşdirilməsini həyata keçirəcəyik.