• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 28.01.2019 14:09

Göygölün dağ kəndlərində polis vətəndaş münasibətləri yaxşılaşıb

KepezTV Player

Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi, ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Göygöl rayonunun sərhəd kəndlərində 7 yeni polis sahə məntəqəsi inşa olunub. Bu məntəqələr polisin iş şəraitini yaxşılaşdırmaqla, vətəndaşların müraciətlərinin tez bir zamanda araşdırılmasına da şərait yaradıb.

Ceyhun Camalov – sakin: Caykənddə yaşayıram. Bizim kəndimizdə hazırda polis vətəndaş münaisbətləri çox yaxşıdır. Kəndimizdə polis sahə məntəqəsinin yaradılması çox yaxşı haldır.

Göygöl rayon Çaykənd kəndinin sakinləri əvvəllər polisə müraciət etmək üçün rayon mərkəzinə getməli olurdular. Ancaq yeni polis sahə məntəqəsinin inşası sakinlərin işini bir xeyli asanlaşdırıb.

Musa Bayramov – sakin: Əvvəllər rayona gedirdik oda bir az uzaq olurdu. İndi polis məntəqəsini qurublar Sarısuda kəndimizin özündə qurublar çox yaxşıdır.

Polis sahə məntəqələri ilə yanaşı kəndlərdə quraşdırılan müşahidə kameraları özünü müsbət tərəfdən doğrultmaqdadır. Son aylar ərzində Göygölün cəbhəyanı kəndlərində qeydə alınan oğurluqla bağlı cinayətlərinin üstünün açılmasında polisin sayıqlığı ilə yanaşı müşahidə kameralarının da böyük rolu olub. Əməliyyat-axtarış tədbirləri  nəticəsində oğurluq edən şəxslər müəyyən edilərək istintaqa təhvil verilib, eləcə də zərərçəkənə dəyən ziyan ödənilib.

Mais Ələsgərov - sahə rəisi: Məqsəd cinayətkarlıqla effektiv  mübarizə aparmaq baş verə biləcək cinayətləri vaxtında əvvəl müəyən edib qarşısını almaqdır.

Yeni sahə məntəqələri polis-vətəndaş münasibətlərini yaxşılaşdırmaqla asayiş keşikçilərinin də iş şəraitinə müsbət təsir edib.

 

Natiq Hüseyn