• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 28.01.2019 13:26

İrandan qayıdan mikroavtobus qəzaya düşdü

KepezTV Player

Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. Paytaxt sakini Vəli Dəmirovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomaşının aşması nəticəsində həyat yoldaşı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişini Qəyyum Həşimov Biləsuvar Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Qəzanın səbəbi araşdırılır.