• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 28.01.2019 13:18

Daşın altında gizlətdiyi narkotik tapıldı

KepezTV Player

 Paytaxtda Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı sakini Əfqan Məmmədovu saxlayıblar. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Məmmədovun Maştağa qəsəbəsi M.Mirəliyev küçəsində yerləşən yarımtikilidə gizlətdiyi, ona məxsus 510 qram heroin də götürülərək istintaqa təqdim edilib. Faktla bağlı bölmədə toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.