• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 28.01.2019 13:20

Cibgirlik əməllərinin üstü açıldı

KepezTV Player

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edən paytaxt sakini qadın Ə.Əhmədov küçəsi, 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin içərisində 1800 manat olan əl çantasını oğurladığını bildirib. Əməliyyat-axtarış tədbiri ilə cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovdan 1130 manat və daha bir qadının çantasından 440 manat oğurladığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb.