• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 28.01.2019 13:08

Maşınlara qənim kəsilənlər saxlanıldılar

KepezTV Player

Abşeronda "VAZ 2106" markalı avtomobil qaçırılıb. Bu barədə Rayon Polis İdarəsinə məlumat daxil olan kimi əməliyyata başlanılıb. Şəhər təhlükəsizlik kameralarına baxış keçirilib, hadisəni törədənin Elvin Cəbrayılov olduğu müəyyən edilib. O, izi itirmək məqsədi ilə nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxararaq atıb. Saxlanılan şəxs istintaqa ifadəsində avtomobili qaçırarkən içkili olduğunu deyib. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon ərazisində saysız hesabsız avtomaşınların yan şüşələrini sındıraraq içərisindən pul, mobil telefon və digər əşyalar oğurlayan yeniyetmə saxlanılıb. Hər iki faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb.