• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 28.01.2019 13:11

Poçtdan oğurladığı seyfi apararkən saxlanıldı

KepezTV Player

Biləsuvar Rayon Polis Şöbəsi post patrul xidməti tağımı əməkdaşlarının sayıqlığı nəticəsində poçt mətəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxslər saxlanılıblar. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yanvarın 26-sı gecə saat 03:15 radələrində Biləsuvar şəhəri ərazisində xidmət aparan polislərin diqqətini yük yerinə seyf qoyulan “Vaz 2107” markalı avtomobil çəkib. Məlum olub ki, həmin seyf Biləsuvar Poçt filalının 1 saylı poçt məntəqəsindən oğurlanıb. Maşının sürücüsü, rayonun Zəhmətabad kənd sakini Aqil Bünyadov və sərnişini, şəhərin Səməd Vurğun küçəsində yaşayan Sərvər Sərvərli saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırmalarla Sərvərlinin poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq ora daxil olduğu, içərisində sənədlər və zərflər olan 1 ədəd seyfi, 1 ədəd printer, 1 ədəd dekoderi oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır