• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 26.01.2019 15:57

Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib

KepezTV Player

Gəncə şəhərində, aeroport yolunun yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq, maneəyə çırpılıb. Hadisə zamanı sürücü, 33 yaşlı Göygöl rayon sakini  Elnay Hacıyev dünyasını dəyişib. Avtomobildə olan sərnişin, sürücünün həmyerlisi 31 yaşlı Ruslan İbrahimov isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.