• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 25.01.2019 20:39

Evdən 34 kiloqrama yaxın narkotik aşkarlandı

KepezTV Player

Əməliyyat-axtarış tədbirini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları keçiriblər. Rayon sakini Xaliq Mustafayev saxlanılıb. Onun evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini deyib.

Xaliq Mustafayevin evindən müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron da aşkarlanıb.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.