• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 25.01.2019 14:16

Yeni qoyun cinslərinin alınması üzrə işlər görülür

KepezTV Player

Ölkədə fərdi və dövlət təsərrüfatlarında 13 cinsdən 8 milyon başa yaxın qoyun saxlanılır. Mövcud cinslərinin qorunması, saxlanması eləcə də xaricdən gətirilən yeni qoyun cinslərilə çarpazlaşdırılıb yeni xət və cinslərinin alınması üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun işçiləri tərəfindən işlər görülür. Məhv olmaqda olan yerli cinslərdən Qarabağ qoyun cinsinin mələzləri, eləcə də bozax yerli qoyun cinsi üzərində elmi tədqiqatlar aparılır. Bu cinslərin südlük və ətlik istiqamətində yerli xətlərin alınmasına çalışılır. Həmçinin Türkiyədən gətirilən Avasiya qoyun cinsi üzərində də elmi işlər aparılır. Həmçinin qoyunların ekstensiv yemləmədən intensiv yemləməyə keçməsi üçün də işlərə başlanılıb.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru – “Qoyunçuluğun intensiv formada bəslənməsi üsullarına keçəcəyik. Bu yaxınlarda bu əldə olunacaq. Burda əsas məqsəd ondan ibarət olacaq ki, biz elmi tədqiqat inistitutu olaraq əsas genetik mərkəz rolunu oynayacağıq. Fermer təsərrüfatlarına dəstək olaraq mövcud heyvanların bəslənməsi, saxlanması, onların artırılması və yemləndirilməsi sahəsində dəstək olaraq onlara tövsiyyələrimizi verəcəyik. Respublikamıza kənardan ramanov, hissar cinsinin gətirilməsinə nail olunur. İnistitumuzda planlaşdırır ki, gələcəkdə yüksək məhsuldar cinslərin yerli cinslərlə çarpazlaşdırıb onlar üzərində dərin elmi tədqiqat işləri aparılsın. Məqsədimiz isə genetik tədqiqatların başlanması olacaq”.

 

Elnur Vahidoğlu