• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 25.01.2019 14:19

“Arb Aran” media şirkəti Qazaxda film nümayiş etdirib

KepezTV Player

“Arb Aran” media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzindэ Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Səmədin 60 illik yubileyinə istehsal olunan “Ölüm nəmənədir” filmi şairin doğulub boya başa çatdığı Qazax rayonunda ictimayyətə təqdim olunub. Təqdimat mərasimində rayon rəsmləri, “Arb Aran” media şirkətinin rəhbərliyi, eləcə də şairin qələm yoldaşları və ailə üzvləri iştirak edib.

Qazax şəhər ədəbiyyat muzeyində təşkil olunan təqdimat mərasiminin rəsmi hissəsində Akif Səməd yaradıcılığından danışılıb. Aslanbəyli kəndində doğulan yazar hələ uşaq yaşlarında şerə və ədbiyyata böyük maraq göstərib. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra paytaxtda ali təhsil alan şair tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olub. Onun "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" kitabları işıq üzü görüb.

Nəvai Mətin - Millətlərarası Fəal yazarlar Birliyinin Azərbaycan təmsilçisi: Nəzərdə tutmuşuq ki bir neçə silsislə tədbir keçirək. Bu günkü tədbirimizidə həmin tədbirlərdən biri və birincisidir. Şairin öz doğulduğu  bölgədə bu tədbiri keçirməmiz  təbii ki təqdirəlayiq haldır.

Rəsmi hissədən  sonra “Ölüm nəmənədi” filmi nümayiş olunub. Filmdə Akif Səməd sənənitinin böyüklüyü, dərinliyi göstərilib. Şairin insani keyfiyyətləri, ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız şeirləri geniş oxucu kütləsinə çatdırılıb. Ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanova, operatoru Rafiq Əliyev, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç və baş prodüsseri İqbal Məmmədəliyev olan sənədli film tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Rəfiqə Məmmədova - şairin bacısı: Bu günkü filmdə Akif Səmədin yenidən həyatda yaşayını mənim üçün canlandırdılar. Çox sağ olsun ARB kanalı. Onların bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Akif Səmədin kiçik bacısı olmağımla bərabər həm də anası adından onun bacıları yaxınları adından bu kanala böyük minnətdarlığımızı bildiririk.

Akif Səmədin 60 illik yubileyi ilə bağlı müxtəlif müsabiqələr də təşkil olunacaq və qalibləri Bakıda keçiriləcək əsas tədbirdə mükafalandırılacaq. 

 

Natiq Hüseyn