• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 25.01.2019 13:10

Su polisi elektriklə balıqları kütləvi məhv edənləri yaxaladı

KepezTV Player

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb. 25 yaşlı İmişli sakini Əlirza Cəfərov, Qara Qarayev İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar. Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb.