• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 25.01.2019 13:16

Mağazada müştərinin çantası oğurlandı

KepezTV Player

Bakının Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb. Zərərçəkən rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb. Onun törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub və onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs seçilib.