Hyundai şirkəti Las-Veqasda keçirilən sərgidə yeriyən təcili-xilasedici Elevate adlı avtomobilini təqdim edib. Konseptin müəlliflərinin ideyasına görə, ondan böyük təbii və texnogen fəlakətlərdə xilasedici kimi istifadə etmək olar. Elevate hətta yolsuzluq maşınlarının keçmədiyi yerləri qət etmək iqtidarındadır. Zəlzələ zamanı belə addımlayan avtomobillər xilasediciləri ən çox dağıntı olan yerə çatdıra bilər. Mülki həyatda pilotsuz taksi çətin yeriyən və ya əlil arabasında olan şəxsləri evin səkisinə dırmaşaraq götürmək imkanına malikdir. Elevate-in əsasını çıxarıla bilən elektrokarlara aid modullu daşıyıcı qurğu təşkil edir. Onu ya yük, ya da sərnişin daşıyan versiyaya çevrmək olar. Qatlanan robotlaşdırılmış ayaqlar elektrokarın təkələrinin içində quraşdırılıb. Elevate adi avtomobil kimi şütüyə və metr yarımlıq divara dırmaşa bilir.
- Baxış: 540