• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 24.01.2019 17:13

Samuxda üzüm sahələri genişləndirilib

KepezTV Player

Samuxda üzüm bağları 15 ha genişləndirilərək 1055 ha-a çatdırılıb. Genişlənəcək ərazidə artıq şumlama işi başa çatıb. Yazda həmin əraziyə Fransa və Gürcüstandan gətirilən kaberne, şardane, merlot, rekesteli kimi texniki üzüm sortları əkiləcək. Bundan başqa mövcud 1040 ha üzüm bağında aqrotexniki işlərə başlanılıb və 920 ha-da tənəklərin budaması yekunlaşıb. 810 ha ərazidə isə suvarma işləri görülüb. Həmçinin üzvi və meneral gübrələr verilib. Bütün işlərin mart ayına kimi başa çatdırılması planlaşdırırlır. Ümumilikdə isə ötən il rayonda üzüm bağlarından bol məhsul yığılıb.

Rafiq Quliyev aqronom:  “Keçən ilki təsərrüfat ilini üzümçülərimiz uğurla başa vurub. Hər hektardan 10 t üzüm istehsal etməklə şərab emalı zavoduna üzüm vermişdi. Üzümçülüyü inkişaf etdirmək üçün bu il əsasən şərab emalı etmək üçün yeni üzüm növləri əkəcəyik. Bu ilidə uğurla başa vurmaq üçün üzüm bağlarında əzimkarlıqla çalışırlar.

Xosrov İsmayılov birqadir:  “Gün ərzində 2-3 hk budama gedir. Həmçinin bir tərəfdəndə quru bağlamaya hazırlıq üçün kişilər təmir edir.  İşlər qaydasında davam edir.