• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 24.01.2019 13:41

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub. N.Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə “heroin” aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Tağıyevə narkotik vasitə satan şəxsin, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 37 yaşlı Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-nə gətirilib. Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd selofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret falqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.