• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 24.01.2019 13:38

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. İdarə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Rövşən Bəşirov və Elşad Alməmmədov saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1 306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.