• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 24.01.2019 13:35

İki nəfər yaralandı

KepezTV Player

Göyçayda yol qəzası baş verib. Qaraxıdır kənd sakini Tural Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, rayon sakini Bəhruz Məmmədovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə iki küçənin kəsişməsində toqquşub. Hadisə zamanı Bəhruz Məmmədov və sərnişini Flora İsgəndərova bədən xəsarəti alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Qəza zamanı zərbənin təsirindən avtomobillərdən biri yararsız hala düşüb. İlkin versiya kimi qəzaya səbəb sürücülərdən birinin işıqforun tələbinə düzgün əməl etmədən qaydanı pozmasıdır. Faktla bağlı araşdırma aparılır.