• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 24.01.2019 13:24

Kürəkən qayınatasını bıçaqladı

KepezTV Player

Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub. 48 yaşlı Kamaləddin Əliyev kürəkəni 27 yaşlı Elşən Yolçuyev tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə Elşən Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Həmin axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.Hadisənin təfərrüatını Ağstafa polisi araşdırır.