• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 23.01.2019 14:38

Gəncə karateçisi beynəlxalq turnirdə fərqlənib

KepezTV Player

Bakıda karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında beynəlxalq turnir keçirilib. Yarışda Gəncə İdman Klubunun yetirməsi fəxri kürsüyə yüksəlib.

11 ölkədən idmançıların iştirak etdiyi turnirdə Nizami yurdundan Fuad Sarıyev bürünc medal qazanıb. O, 10-11 yaş kateqoriyasında 42 kq çəki dərəcəsində 3-cü yeri tutub. Bu, Sarıyevin ilk belə nailiyyəti deyil. Fuad şəhər birinciliyin finaçlısı, region yarışının qalibi olub. Ötən ilin sonlarında “Baku Open” beynəlxalq turnirində bürünc mükafata layiq görülüb.

Fuad Sarıyev məşqçi Mahir Məmmədovun yetirməsidir. 3 ilə yaxındır ki, fəaliyyət göstərən bölmədə 40-a yaxın qız və oğlan idmançı karate ilə məşğul olur.

Yeri gəlmişkən, Mahir Məmmədov milli dərəcəli hakim kimi beynəlxalq turnirdə ədaləti qoruyub. Fuad Sarıyevə gəlincə, o, fevralda Tehranda, mart ayında isə İstanbulda keçiriləcək yarışlarda qüvvəsini sınayacaq.

Azad Rəfi