• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 23.01.2019 14:24

Gəncədə yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılır

KepezTV Player

Gəncədə epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya tədbirləri aparılır. Fərdi və ümumi təsərrüfatlarda iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür, qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılır. Tədbirlər yekunlaşdıqdan sonra təsərrüfat ərazisində profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Hazırda xüsusi təhlükəli xəstəliklər aşkarlanmadığındanşəhər ərazisində epizootik vəziyyət sabit qiymətləndirilir.

İmamverdi Bayramov - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəis müavini: “Epizootik planda göstərildiyi kimi şəhər ərazisində 1300 baş iribuynuzluda, 2600 baş xırda buynuzluda, 50 baş at, 500 baş itdə tədbirlərin aparılmasına başlanılmışdır. Şəhər ərazisində fərdi fermer və birgə təsərrüfatlarda  baxışlar aparılmış, tədbirlər yerinə yetirilir, epizootik durum sabitdir. Həmçini heyvan saxlayan və bizdə qeydiyyatda olmayan vətəndaşlardan xahiş olunur ki, Gəncə şəhər Baytarlıq İdarəsinə müraciət etməklə aparılan tədbirlərdən kənar qalmasınlar.

 

Xaliq Qurbanlı