• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 22.01.2019 15:12

Daşkəsən polisi qarnında narkotik gizlədən şəxsi saxlayıb

KepezTV Player

Şəkidən Daşkəsənə narkotik gətirən şəxs polis tərəfindən saxlanılıb. Asayiş keşikçiləri 45 yaşlı kişidən bədənində gizlətdiyi xeyli miqdarda narkotik vasitə götürüblər.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Yaşar Şəfiyevi şübhəli şəxs qismində saxlayıblar. Üzərinə baxış zamanı onun qarnında narkotik vasitə olan marixuana gizlətdiyi müəyyən edilib.

Nicat Cəfərli - müstəntiq Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman şalvarın önündə qarın nahiyyəsində gizlətdiyi paketin içərisindən təmiz çəkisi 312 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Yaşar Şəfiyev istintaqa ifadəsində narkotik vasitəni Şəki şəhəri ərazisində yol kənarından topladığını və şəxsi istifadəsi üçün Daşkəsən rayonuna gətiriyini deyib. 

Yaşar Şəfiyev saxlanılan şəxs Mən bunu Şəkidən yolun qırağından yığmışdım. Özüm çəkəniyəm. Orada bir iki dəfə özüm istifadə etdim. Daşkəsənə işləməyə gəldim. Gətirdim ki özüm çəkim.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.  

 

Natiq Hüseyn