Bu günə xəbərlərin oxunma sayı: 1929
— 22.01.2019 14:40

Müşviq Cəfərov: “Federasiyalarla da əlaqəli işləmək istəyirik”

KepezTV Player

Gəncə 2019 Avropanın İdman Şəhəri adı altında ayrı-ayrı idman növləri üzrə çoxlu sayda yarışların keçirilməsi nəzərdə tutulub. Tədbirlər planına Respublika və beynəlxalq səviyyəli turnirlər, veloyürüşlər, marafonlar və festivallar daxildir. Artıq bu yöndə işlərə start verilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq yerli və beynəlxalq idman qurumlarına, federasiyalara müraciətlər olunub. Təbii ki, əsas məqsəd Avropanın İdman Şəhəri titulunu layiqincə daşımaq üçün daha çox yarışın keçirilməsinə nail olmaqdır.

Müşviq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi:  “Bizim niyyətimiz odur ki, Gənclər və İdman nazirliyi ilə razılaşma əldə edək və Bakı şəhərində nəzərdə tutulan beynəlxalq turnirlər Gəncədə keçirilsin. Federasiyalarla da əlaqəli işləmək istəyirik. Həmçinin, Avropadakı beynəlxalq idman təşkilatları ilə əlaqələr quraq və bu bizə müxtəlif idman tədbirlərini keçirməyə imkan versin”. 

Azad Rəfi