• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 22.01.2019 14:09

Daşkəsən rayonunda özünüməşğulluq proqramına 26 ailə cəlb edilib

KepezTV Player

“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” ölkə prezidentin müvafiq sərəncamından irəli gələrək Daşksən rayonunda özünüməşğullu proqramına 26 ailə cəlb edilib, onlardan 24-nə aktivlər paylanılıb. Bunlardan 1-i xidmət, 1-i arıçılıq, yerdə qalanı isə heyvandarlıq sahəsini əhatə edir. Aktivlər layihəsi uğurlu sayılan, işsız və aztəminatlı ailələri əhatə edir. Bu il rayon məşğulluq mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 700-ə yaxın sakinin özünəməşğulluq proqramı layihələrinə baxılması gözlənilir.

Cavad Məmmədov – layihə iştiakçısı “21 baş xırdabuynuzlu heyvan verdilər. Bu sürünüdə saxlayıb, sayını artırıb dolanışığımı yaxşılaşdıacam. Südünü, pendirini, balasını satıb rifahımı artıracam. Əvvələr şəraitimi çətin idi sağolsunlar şərait yardıldı, dolanışığım yaxşı olacaqdır”

Həsrət Verdiyev – layihə iştiakçısı “İşsizliyimə, kasıb olduğuma görə, maddi rifahımı yüksəltmək üçün 3 baş iribuynuzlu mal verdilər. Məqsədim balalarını artırmaqdır 10 baş eləmək fikirim var”

Xaliq Qurbanlı