• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 22.01.2019 14:06

Göygöldə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər həyata keçirilir

KepezTV Player

2019-cu il üçün nəzərdə tutulan epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər Göygöldə də həyata keçirilir. Tədbirlər planına uyğun olaraq rayon baytarlıq idarəsi tərəfindən 21 min baş iribuynuzlu, 163 min xırda buynuzlu və 1800 baş təkdırnaqlı heyvanı qarayara, dabaq, leptospiroz, brusselyoz,  nodulyar dermotit, 3500 sahibli iti quduzluq, eləcədə 500 mindən çox  ev quşunu isə nyukasl xəstəliyinə qarşı peyvəndləmə işinin aparılması  planlaşdırılır. Profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi üçün baytarlıq idarələri kənd təsərrüfatı nazirliyi tərəfindən vaksinlər, geyim vasitələri və baytarlıq ləvazimatları ilə təmin olunub. Vaksinlərin saxlanılması və daşınmasında soyuq zincir prinsipinə əməl olunur. Qabaqlayıcı tədbirlər nəticəsində rayonda epizootik vəziyyət sabitdir.

Oqtay Həmidov - Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi: Bu tədbirlər yanvar ayının sonuna kimi başa çatdırılacaqdır. Bununla yanaşı təsərrüfatlarda dezinfeksiya və dezinseksiya işləridə həyata keçirilir. Eyni zamanda baytar mütəxəsislər tərəfindən, heyvandarlıqla məşğul olan əhali arasında marifləndirmə və təbliğat işləridə aparılır. Tədbirlər planına əsasən bütün işlər tərəfimizdən vaxtı-vaxtında həyata keçirilir.