• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 22.01.2019 13:10

Mənzili qarət edən oğru ev sahibini bıçaqladı

KepezTV Player

Bakıda ev sahibi oğru tərəfindəın bıçaqlanıb. Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 24 yaşlı Əli Heydərlinin evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub. Mənzildən gümüş bəzək əşyaları və 20 manatı oğurlayan naməlum şəxs ev sahibi ilə rastlaşıb. Oğru ev sahibini qolundan bıçaqlayaraq hadisə yerindən qaçıb.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.