• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 21.01.2019 14:51

Göygöl Regional Aqrokimya laboratosiyasına müraciət edən fermerlərin sayı artıb

KepezTV Player

Ötən il Göygöl Regional Aqrokimya laboratosiyasına fermerlər tərəfindən 5754 ha torpaq sahəsindən 501 torpaq nümunəsi təqdim edilib. Aparılan aqrokimyəvi analiz torpağın hansı əkin növünə yararlı olduğunu müəyyənləşdirməyə imkan yaradıb.

Ağasəlim Mustafayev - Göygöl Regional Aqrokimya laboratoriyasının müdiri - “Müraciət əsasında torpaqlar analiz olunaraq bitkilərin qida elementlərinin miqdarı təyin olunur. Bundan başqa torpağın mühiti, torpaq strukturası təyin olunaraq torpaq sahiblərinə cədvəllər şəkilində verilir. Torpağı aqrokimyəvi analiz etdirərək, əkin aparmaq həm bol məhsul, həm də maddi cəhətdən səmərəli əkin aparmaq deməkdir. 

Yoxlamalar torpaqda yetişdiriləcək bitkilərin ehtiyac duyduğu kübrələrin verilmə normasını müəyyənləşdirməyə imkan verir. Laboratoriyaya xidmət etdiyi 6 rayonla yanaşı digər rayonların fermerləri də müraciət edir.

Mehriban Atakişiyev - şöbə müdiri – “Bitkilərdə hansı xəstəlik var, hansı zərərverici varsa biz onlara qarşı mübarizə tədbirlərini həmin fermerlərə tövsiyyə edirik. Ən çox taxıl fəsiləsində sürmə xəstəlikləri olub, meyvə tərəvəzlərdə şaftalıda hommoz, üzümdə mellidium, eyni zamanda antraxnos xəstəliyini müəyyən etmişik. Hansı tədbirlərin keçirilməsini tövsiyyə etmişik.

Laboratoriyada torpağın 14 predimeti öyrənilir və xidmət ödənişlidir.

Ağasəlim Mustafayev - Göygöl Regional Aqrokimya laboratoriyasının müdiri - “35-65 manat arası qiymətlər dəyişir. Ümumi paketlərdi ki, torpağa aid makroelementlərlə, mikroelementlərlə, torpaq sturkturası ilə birlikdə bir nümunənin qiymətidir. Fermerin əlavə nümunəni götürmək xərci isə 8 manat civarında dəyişir”.

Laboratoriya müasir cihazlardan istifadə torpağın dəqiq analizinə imkan verir. 

Elnur Vahidoğlu