Bu günə xəbərlərin oxunma sayı: 2455
— 21.01.2019 14:16

“100 yaşlı Tovuz futbolu” kitabı çapdan çıxıb

KepezTV Player

Azərbaycan futboluna müstəsna töhfələr vermiş, öz dəsti-xətti ilə seçilən Tovuz futbolunun 1 əsrdən çox yaşı var. Təcrübəli həmkarımız Rasim Əliyevin  müəllifi olduğu “100 yaşlı Tovuz futbolu” kitabı da elə bu rayonda “idman şahı”nın yaranmasının 100 illiyinə həsr olunub. 

Ötən ilin sonlarında işıq üzü görən kitabda 1914-cü ildə Tovuzda yaşayan almanlar tərəfindən əsası qoyulan futbolun inkişaf tarixi, həmin zamanlarda keçirilən oyunlar, qədim nadir fotoşəkillər yer alıb. Həmçinin Sovet dövründə yerli “Məhsul” komandasının, Respublikamız müstəqillik əldə etdikdən sonra isə Tovuzun “Turan” klubunun keçirdiyi oyunlar, 1992-2018-ci illərdə Azərbaycan çempionatının bütün statistikası və digər məlumatlar nəşrdə öz əksini tapıb.

Kitab yazmaq ideyası Rasim Əliyev də 35 il öncə yaranıb. Və müəllif həmin dövrdən Tovuz futbolunu tədqiq etməyə, məlumatlar toplamağa başlayaraq, yavaş-yavaş yazıları və şəkilləri arxivinə yığıb. 

Bu vaxta kimi Tovuz futbol haqda kitabın qələmə alınmadığını nəzərə alaraq nəşri geniş oxucu kütləsi üçün qiymətli əyani vasitə hesab etmək olar.

285 səhifəlik “100 yaşlı Tovuz futbolu” kitabı 550 nüsxə çap olunub. Kitabın yaxın vaxtlarda ictimai təqdimatı da nəzərdə tutulub.

 

Azad Rəfi