• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 21.01.2019 14:30

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

KepezTV Player

Gəncədə “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Uşaqdan böyüyə hər kəsin iştirak etdiyi mərasimdə böyük izdiham müşahidə olunub. Şəhidlərin ruhuna dualar oxunub. Saat 12-də isə bütün ölkə ərazisində olduğu kimi Gəncədə də 29 il öncə baş verən hadisələr zamanı canlarından keçən vətən oğullarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Gəncə şəhər icra hakimiyyətinin rəhbərliyi tərəfindən əbədi məşəl önünə əklil qoyulub, şəhidlərin yaxınlarına baş sağlığı verilib.