• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 21.01.2019 13:10

Oğru dəstə tutuldu

KepezTV Player

Zaqatala rayonu Çökək kəndində mağazadan oğurluq olub.Kənd sakini Cavadov Ramin Nüsrəddin oğlu evinin qarşısındakı mağazasından oğurluq olunması ilə bağlı polisə müraciət edib. Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuş Əşrəf Hacızadə və Sədullah Aydayev, Natiq Aydəmirov saxlanılaraq istintaqa təhvil veriliblər. İlkin istintaq zamanı məlum olub ki,onlar əvvəlcədən əlbir olaraq kənd sakininə məxsus mağazadan ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib,hazırda istintaqları davam etdirilir.