• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 21.01.2019 13:18

İnkassator ödəmə terminallarından 100 min manatdan artıq pul oğurladı

KepezTV Player

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasında anadan olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yaşayan İlqar Əlixanov müəyyən olunaraq tutulub. Müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkassator vəzifəsində çalışan Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan ödəmə terminallarından ayrı-ayrı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollarını talayıb. Yaşadağı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi subut kimi götürülüb. Onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarlarını sürətini çıxarmaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib. Faktla bağlı araşdırmalar davam etdirilir.