• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 21.01.2019 13:28

Bir nəfər öldü, iki nəfər yaralandı

KepezTV Player

İmişlidə yol qəzası baş verib. Hadisə rayonun girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük avtomobili yoldan çıxaraq, İmişli sakini, 62 yaşlı Hidayət Allahverdiyevin idarə etdiyi minik avtomobilinin üzərinə aşıb. Nəticədə minik avtomobilinin sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 57 yaşlı Ramiz Əhmədov və 52 yaşlı Kəmalə Məmmədova müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Şəkidə də qəza olub. Şəki sakini 25 yaşlı Tərlan İsgəndərov VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü yerindəcə həyatını itirib. Avtomobildə olan sərnişin Namiq İsgəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıə Şəki RMX-na çatdırılıb. Müalicəsi davam etdirilir.

Şəkidəki digər bir qəza isə İnçə kəndi ərazisində qeydə alınıb. Tural Səmədovun idarə etdiyi Mersedes markalı avtomobil qarşıdan gələn VAZ 21 099 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki RMX-yə çatdırılıblar. Vəziyyətləri kafi olaraq qiymətləndirilir. Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyini ehtimal edilir.

Salyan rayonunda isə piyadavurma hadisəsi olub. Qəza şəhərin Xəlil Rza Ulutürk prospektində baş verib. Həmin ünvanda yaşayan 46 yaşlı Bəxtiyar Xəlilov yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktlar araşdırılır.