• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 21.01.2019 13:21

Yanğında xəsarət alan qadın öldü

KepezTV Player

Ağstafa rayonunun Poylu kəndində yanğın olub. Bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan 59 yaşlı epilepsiya xəstəsi Natalya Əhmədəliyeva 1- ci dərəcəli yanıq xəsarətlərilə Agstafa Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti agır oldugundan Bakıdakı xəstəxanaların birinə göndərilib, lakin qadın yolda keçinib. Digər yaralı 50 yaşlı Azər Mirzəyevin vəziyyəti yüngül oldugundan xəstəxanada ambulator yardım göstərilib və evə buraxılıb. Faktla baglı araşdırma aparılır.