• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 21.01.2019 13:12

Məktəblilər ekoloji maarifləndiriləcək

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirilir. Layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir. Layihə çərcivəsində 3 ay müddətində Cəbrayıl, Tovuz, Goranboy və Gəncədə yerləşən məktəblərdə, ümumilikdə 80 məktəbliyə (hər regionda 20 nəfər olmaqla) 3 saat müddətində "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və ictimai vəkillik" və "Gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçiriləcək. Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənmişdir. Layihə müddətində  yaşıl iməcilik adı altında təmizlik aksiyası olacaq və yığılan tullantılardan müxtəlif növ əl işləri hazırlancaq. Yekunda onların sərgisi təşkil ediləcək.