• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 21.01.2019 12:08

Gəncə sakinindən 1 kiloqramdan artıq narkotik vasitə götürüldü

KepezTV Player

Goranboy rayon polis şöbəsinin əməkdaşlarına Gəncə şəhər sakini 52 yaşlı Arzu Qasımovun  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi Xanqərvənd kəndi ərazisində saxlamağa müvəffəq olublar. Şöbədə Qasımovun üzərinə baxış keçirən əməliyyatçılar ondan xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar edərək götürüblər. Saxlanılan Arzu Qasımov həmin narkotiki vasitəni Xanqərvənd kəndi ərazisində gizlətdiyini və şəxsi istifadəsi üçün yaşadığı ünvana aparmaq istədiyini deyib. Artıq saxlanılan şəxsin barəsində fakta görə cinayət işi başlanılıb. Arzu Qasımovun marixuananı haradan və hansı məqsədlər üçün əldə etdiyi araşdırılır.

Elnur Heydərli - Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi: Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən qanunsuz yolla satış məqsədi ilə əldə edib saxladığı 2,2 qram qurudulmuş marixuana həmçinin onun əlində olan ağ rəngli sintetik kisədən qanunsuz yolla satış məqsədi ilə əldəe dib saxladığı 1,540 kloqram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

 

Natiq Hüseyn