• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 21.01.2019 12:06

Qoyun oğruları tutulub

KepezTV Player

Goranboy rayon polis şöbəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törəməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri  Şahin Əliyev, Namiq Əliyev və Canpolad Qafarovu saxlayıblar. Həmin şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin təsərrüfatına qanunsuz daxil olaraq oradan qoyunları oğurlayıblar. Oğurluq yolla qazanılan qoyunları Gəncə şəhərində tanımadıqları şəxsə satan dəstə üzvləri əldə etdikləri pulla bir xeyli əyləniblər. Bu minvalla 6 şəxsə maddi ziyan vurublar.  Hazırda onların digər cinayətlərdə iştirakı araşdırılır.

Elnur Heydərli - Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi: Aparılan istintaq əməliyyat tədbirlərindən sonra əməlləri tam sübuta yetirildiyindən onlar şübhəli şəxs qismində saxlanılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2  və 177.2.3 maddələri ilə təqsirləndirilən şəx sqismində cəlb olunaraq  onların barəsində Goranboy rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

 

Natiq Hüseyn