• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 19.01.2019 17:13

Gəncə azarkeşləri Şəhidlər Xiyabanını ziyarət ediblər

KepezTV Player

Gəncə azarkeşləri 20 Yanvar faciəsi ilə bağlı xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını ziyarət ediblər. Anım ziyarətinə Gəncədə fəaliyyət göstərən 4 azad azakeş qrupunun üzvləri qatılıblar. “Kəpəz” futbol klubunun “Xəmsə”, “Kəpəzultras”, həmçinin Türkiyənin “Qalatasaray” və “Beşiktaş” komandalarının “Ultraslan” və “Gəncə Qartalları” fanklublarının 40-a yaxın üzvü şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi önünə əklillər qoyub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.  Azarkeşlər həmçinin, Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən və xiyabanda dəfn olunan mərd vətən oğullarının məzarı üzərinə də tər qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.