KepezTV Player
Qazax Rəsm Qalereyasında keçirilən tədbirdə iştirakçılar əvvəllcə 20 Yanvar faciəsinə həsr olunan divar qəzetlər, məktəblilərin əl işlərindən ibarət rəsmlər, kitab sərgisi ilə tanış olublar. Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi yazılan 20 Yanvar hadisələrinin, həm də xalqın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi həkk olunduğu vurğulanıb. Məktəblilərin hazırladığı bədii kompazisyalar duyğulu anlar yaşadıb. 20 yanvar faciəsinin 29-cü ildönümü ilə əlaqədar Qazax Dövlət Dram teatrında nümayişi olunan “Cəhənnəm sakinləri” adlı tamaşada isə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edilib.
Natiq Hüseyn
- Baxış: 456