• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 18.01.2019 14:30

Gəncədə fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

KepezTV Player

Respublikanın ali məktəblərinin magistraturalarına qəbul olmaq istəyənlər  Gəncədə keçiriləcək sınaq imtahanında iştirak edə bilərlər. Yanvarın 28-i saat 9-dək DİM-in internet saytında qeydiyyatdan keçməklə “Şəxsi kabinet”lərini yaradanlar 30 manat müqabilində bu imkandan yararlana bilərlər. İmtahan fevralın 3-ü saat 11-də başlayacaq. Bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar İqtisadiyyat fakültəsinin yerləşdiyi korpusda baş tutacaq sınaq imtahanı üçün artıq 100 nəfər qeydiyyatdan keçib. Bakalavrlar 2 saat 30 dəqiqə ərzində məntiqdən 50, xarici dildən 25 və informatikadan 25 sualı cavablandırmalıdırlar.  

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional bölməsinin müdiri – “Təhsil müəsisəsində oxumasından asılı olmayaraq bakalavrlar, harda imtahan Bakı, Naxşıvan və yaxudda Gəncədə vermək istiyirlərsə sərbəstdi və orada da imtahan verə bilərlər. Sınaq imtahanları DİM-i tərəfindən eyni magistraturaya qəbul imtahanın birinci mərhələsi üzrə aparılır və eyni qəbul imatahanlarına uyğun həyata keçirilir. İmtahan prosesində onlar üçün istifadəsində olacaq materialların hamısı DİM-nin mərkəzi aparatında hazırlanır və imtahan günü binalara çatdırılır”.

Elnur Vahidoğlu