• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 18.01.2019 14:36

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda konfrans keçirilib

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan konfrans keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan konfrans keçirilibBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan konfrans keçirilib. “20 yanvar – tariximizin qanlı və şanlı səhifəsidir” mövzusundakı tədbirdə 29 il bundan öncə baş verənlərin xalqımızın üçün həm faciəli gün, həm də qəhrəmanlıq səhifəsi kimi yadda qaldığına diqqət çəkilib. Yanvar faciəsi milli azadlıq mübarizəsinin simvolu olmaqla totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına ilk etiraz səsini ümummilli lider Heydər Əliyevin yüksəltdiyi diqqətə çatdırılıb. Anım mərasimində 20 Yanvar faciəsinin xalqı yumruq kimi birləşdirdiyi və bütün dünyaya azərbaycanlıların gücünü nümayiş etdirdiyi də vurğulanıb. Bu faciəli, həm də qürürverici hadisənin mahiyyətinin gənc və formalaşmaqda olan nəsilə çatdırmağın önəminə toxunulub.