• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 18.01.2019 13:12

Əllərdə saxlanılan silahlar götürülüb

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan “Steçkin” markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb. Sabirabad RPŞ-nin əməkdaşları Suqovuşan kənd sakini Mansur Zərbəliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürüblər. Aparılan profilaktiki tədbirlər nəticəsində paytaxt sakini N.Mahmudov tapdığı lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.