• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2260
— 17.01.2019 16:23

Gəncədə ilk dəfə Avropa mədəniyyəti irsləri festivalı keçirilə bilər

KepezTV Player

Gəcədə ilk dəfə olaraq avropa festivalı keçirilə bilər. Mədəni irs, tollerantlıq və gender bərabərliyi mövzularını əhatə edəcək festival barədə Gəncədə səfərdə olan Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis danışıb. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə qonağa Gəncə barədə ətraflı məlumat verilib, şəhərdə 3 universitetin və 3 kollecin fəaliyyət göstərdiyi, Gəncənin Avropa Gənclər  Paytaxtı olduğu və 2019-cu ildə avropanın idman şəhəri seçildiyi diqqətə çatdırılıb. Gəncənin böyük tarixi mədəni irsə malik olması diplomatda müsbət təəsurat yaradıb və festivalın Gəncədə təşkil olunmasının bu istiqamətdə zənginləşməyə töhfə verəcəyinə diqət çəkib.

Denis Daniilidis Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili:  Bu günə qədər Gəncədə olmadığım üçün çox təsüf edirəm və bunu bir səhv kimi qəbul edirəm.  Gəncənin Azərbaycan tarixində böyük yeri olduğunu bilirəm.  Səfərimizin əsas məqsədi də mədəni və humanitar sferalarda əməkdaşlıqdır. Biz ötən il  Bakıda çox maraqlı 2 festivallar mədəni irslər və tollerantlıq festivalları  keçirdik. Və bu böyük rezonans gətirdi. Və biz bu il bunu Gəncədə davam etdirmək istiyirik.  İnanıram ki, qadın hüquqlarını müdafiə edən, ilk ölkələrdən olan Azərbaycanda eləcədə Gəncədə yaxşı nəticə verəcək.