Azərbaycanın bölgələrində də gözlənilən ifrat təhlükəli hidrometeroloji hadisə haqqında elan edilən xəbərdaqlıq qüvvəsindədir. Qərb Regional Hidrometerologiya Mərkəzindən qeyri-sabit hava şəraitinin ayın 18-i axşam saatlarınadək davam edəcəyi barədə məlumat verilib. Bu müddət ərzində hava şəraitinin kəskin dəyişəcəyi, dağlarda sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsasən Kür vadisində 33-38 metr saniyə, qərb rayonlarında 23-28 metr saniyə olacaq. Havanın tempuraturunun ötən günlərə nisbətən 10 dərəcə aşağı düşüb, dağlıq ərazilərə yağan qar səbəbindən yolların axşam saatlarında buz bağlayacağı ehtimal olunur.
Muşa Şükürov - Qərb Regional Hidrometerologiya Mərkəzinin direkor müavini: “Bu gündən və ayın 18-dək hava kəskin dəyişəcəkdir. Havanın arabır yağıntılı qar və sulu qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Hal-hazlrda Gədəbəy rayonuna qar yağır və davam etməkdədir. Eyni zamanda Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən küləyin sürəti 24 metr saniyəyədək güclənib və davam etməkdədir.
Xaliq Qurbanlı
- Baxış: 565