• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 17.01.2019 13:59

Paytaxt sakinini ülgüclə hədələyib pulunu almaq istədi

KepezTV Player

Paytaxtın Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib. Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb. Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs  cinayət başında zərərsizləşdirilib. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.