• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 16.01.2019 14:56

Tural Rzayev: “Litvada oynamaq mənim üçün yaxşı təcrübə oldu”

KepezTV Player

Ölkə xaricində top qovan tək-tük futbolçulardan olan Tural Rzayev vətənə dönüb. Gəncə futbol məktəbinin yetirməsi son 4 ayı Litvanın “Yonava” klubunda keçirib.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Rzayev yaz-payız sistemi ilə keçirilən Litva çempionatında 8 oyunda meydana çıxıb. Mövsümün yekunlarına əsasən, “Yonava” 8 komandanın iştirak etdiyi Yüksək Liqanı sonuncu yerdə başa vurub. 

Tural Rzayev, futbolçu “Komanda yüksək yerlər uğrunda mübarizə aparmasa da, mənim üçün yaxşı təcrübə oldu. Əsas istəyim orada oynamaq, təcrübə qazanmaq idi ki, buna da nail oldum. Gələcək karyeramda bunun da öz töhvəsi olacaq”.

26 yaşlı futbolçunun Litva klubu ilə müqaviləsi sona çatıb. Odur ki, Tural təkliflərə açıqdı.

Tural Rzayev, futbolçu “Menecer 1-2 ölkə ilə danışıq aparır, amma dəqiq hələ heç nə yoxdu. Danışıqlar gedir. Azərbaycandan da təklif var. 10 günə bilinəcək”.

Yarımmüdafiəçini heyətində görmək istəyən klubların arasında “Kəpəz” də var. “Sarı-göylər” sabiq oyunçusuna artıq təklif də göndərib.

Tural Rzayev, futbolçu “Azərbaycanda qalıb oynayası olsam, ilk seçimim “Kəpəz” olacaq. Çünki bu komanda mənim üçün çox doğmadır. Mən özüm Premyer Liqada “Kəpəz”in heyətində debüt etmişəm. Uşaqlıqdan azarkeşi olduğum klubdur. Ona görə də ölkədən ilk seçimim bu komanda olacaq. Mənim üçün “Kəpəz”ə qarşı başqa forma ilə oynamaq yerli azarkeşlərin qarşısında çətin olar. Azərbaycanda oynasam, istəyərəm ki, komandamıza kömək edim və əl-ələ verib yenidən Premyer Liqaya çıxaq”.

Hazırda yüngül zədəsi olan Tural Rzayev formadan düşməmək üçün Gəncə şəhər stadionunda gündəlik fərdi məşqlərlə kifayətlənir.

 

Azad Rəfi