• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 16.01.2019 14:51

Gəncədə yol polisi marifləndirici tədbirlər keçirir

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları orta məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirləri davam etdirir. Məqsəd təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaqdır. Çıxış edənlər yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulayıb. Diqqətə çatdırılıb ki hər bir vətəndaş həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qorumaq üçün qaydalara riayət etməlidir. Silsilə tədbirlər çərçivəsində təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil edilib.

Vasif Rüstəmov - Gəncə Şəhər DYP Şöbəsinin inspektoru: Şəhərimizdə nəqliyyat vasitələrinin sayı və hərəkətin intensivliyinin sürətlə artdığından uşaq və yeniyetmələrlə bağlı yol nəqliyyat hadislərinin qarşısının alınması üçün marifləndirmə zərurəti yaranıb. Böyüməkdə olan gənc nəsil küçə və yollarda yol hərəkəti qaydalarını bilməli onlara ciddi əməl etməlidirlər.

 

Natiq Hüseyn