• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 16.01.2019 14:34

Goranboyda heyvanların vaksinasiyası aparılır

KepezTV Player

Goranboyda epizootik sabitliyi təmin edilməsi və zonoz xəstəliklərin qarşısını almaq məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir. Pofilaktika və diaqnoztika  tədbirlər planına uyğun olaraq  rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında peyvəndləmə işləri aparılır. İribuynuzlu heyvanlar qarayara xəstəliyinə qarşı, sahibli ev itləri quduzluq, ev quşları isə taun xəstəliyinə qarşı peyvənd edilir. Hazırda rayon üzrə fərdi və fermer təsərrüfatlarında 41 min 300 baş iribuynuzlu, 220 min baş xırdabuynuzlu heyvan, eləcə də 5 mindən artıq sahibli it saxlanılır. Vaxtında həyata keçirilən profilaktik tədbirlər nəticəsində rayonda epizootik vəziyyət sabitdir.

Elsevər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Goranboy rayon Baytarlıq İdarəsi hər zaman əhali arasında, eləcədə fermerlər və sahibkarlar arasında marifləndirmə işləri aparır. Görülən tədbirlərin nəticəsi barədə, ətraflı heyvan sahiblərinə məlumat verilir. Eyni zamanda bu xəstəliklərin necə fəsadlar verəcəyini bilərək əvvəlcədən fermerlərlə marifləndirici söhbətlər aparılır. Nəticə də öz bəhrəsini verir ki, heç kəs peyvəndləmə işlərindən imtina etmir.