• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2412
— 16.01.2019 14:49

Gəncədə veteranlarla məktəblilərin görüşü olub

KepezTV Player

Azərbaycan xalqının qəhramanlıq səlnamələrindən sayılan 20 yanvar hadisələrinin 29-cu ildönümü münasibəti ilə Gəncədə veteranlarla məktəblilərin görüşü olub. Hadisənin canlı şahidləri olan veteranlar Rus imperiya ordusunun azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqımıza qarşı törətdiyi qanlı hadisələrdən söz açıblar. Bakıda törədilən yanvar hadisələrinin bir neçə gündən sonra Gəncədə də təkrarlanması nəzərdə tutulsa da xalqın mütəşəkkilliyi bunun qarşısını alıb. Məktəblilər 20 yanvar faciəsini əks etdirən səhnəçiklər nümayiş etdirib, şeirlər səsələndiriblər. Tədbirdə 29 il bundan əvvəl törədilənlərin əksini tapdığı videoçarx nümayiş olunub

Fəxrəddin Hüseynov - Gəncə Şəhər Veteranlar Şurasının sədr müavini: “Bu qəhramanlıq səhifəsi ədəbi olaraq qalacaqdır tarixdə. Bunu biz ona görə, xatırlamaırıq ki, bu hadisə olub və bunu yadda saxlayaq. Biz həmdə 20 yanvar hadisəsini ona görə, xatırlayırıq ki, ayıq və sayıq olaq. Xalqımızın, dövlətimizin müstəqilliyini gücümüz çatan qədər hər bir şəxs qorumalıdır. Nəhayət o ağır illər keçdi getdi, lakin o illər bizim qəlbimizdə, gənclərin qəlbində yaşayacaqdır”

 

Xaliq Qurbanlı